Kredit mütəxəssisi tələb olunur
Yaş : 24 -45
Cinsi -Kişi
Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə Ali təhsilin olması;
Bankda və ya BOKT-da Kredit sahəsində minimum 1 il iş təcrübəsi;
Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
Problemli kreditlərlə işləmə bacarığı
İşin Təsviri:
Hesabatların təhlil edilməsi yolu ilə kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət etmək;
Bankın mövcüd kredit portfeli üzrə mütəmadi təhlillər aparmaq, kredit üzrə ödənişləri təhlükə altına ala biləcək bütün risk-yönümlü məlumatları əldə etmək;
Kreditlərin problemli kreditə çevrilmə təhlükəsini öncədən müəyyən etmək və bu təhlükənin aradan qaldırılması istiqamətində müvafiq tədbirləri həyata keçirmək;
Borcalanların kredit ödənişlərinə nəzarət etməklə, onların ödəniş intizamını müəyyən etmək;
Borcalanların vaxtı keçmiş borcu yarandıqda, bu borcun ödənilməsinə yönəldilmiş təqib işinin və vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində aparılan digər tədbirlərin tam və vaxtında aparılmasına nəzarət etmək;
Təsdiq olunmuş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tam aparılmasının yoxlanılması məqsədilə səyyar monitorinqlər aparmaq;
Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və likvidliyinin yoxlanılması məqsədilə monitorinq aparmaq.
Müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi:
Müştərilərlə əlaqə yaratmaq, suallarını cavablandırmaq, gecikmə ilə bağlı yaranan problemləri araşdırmaq və gecikmədə olan kredit ödənişlərinin yığılması
5günlük iş qrafiki
İş saatı 09:00-18:00 dək
AR Əmək məcəlləsinə uyğun sənədləşmə
Əmək haqqı – 500 - 700 AZN.
Bənzər elanlar
- eManat terminalında «Mağazalar şəbəkəsi və e-ticarət»
- MilliÖn terminalında «Elanlar və kuponlar»
- Kapital Bank terminalında «Digər ödənişlər»
- ExpressPay terminalında «Elanlar və kuponlar»
- Kassam terminalında «Digər»
- Keşpay terminalında «Elanlar və kuponlar»