İstifadəçi Razılaşmasına Əlavə №2

Ödənişli xidmətlər (bundan sonra “İrəlilətmə” xidmətləri)

Mündəricat:

İrəlilətmə xidmətləri:

- İrəli çək

- VIP

- Premium

İrəlilətmə xidmətləri

“İrəli çək” xidməti

“İrəli çək” – ödənişli irəlilətmə xidmətidir. Bu xidmət tətbiq olunduğu andan elan öz kateqoriyası üzrə digər elanlar arasında və “Son elanlar” blokunda ön sıralara qalxır.
“İrəli çək” xidməti tətbiq olunduqdan sonra elan yeni yerləşdirilmiş elan kimi görsənir. Nəticədə, elanınız daha çox potensial alıcıya göstərilir və siz malları daha tez satırsınız.
Elanın dərc olunma tarixi xidmətin tətbiq olunma tarixi ilə əvəzlənir.
Yuxarı sıralara qaldırıldıqdan sonra kateqoriya üzrə və “Son elanlar” blokuna yeni elanlar əlavə olunduqca elan tədricən siyahının aşağı sıralarına enəcək.
“VIP”“Premium” xidmətlərini aldıqda “İrəli çək” xidməti bonus olaraq tətbiq olunur.

Xidmətin ödənişi nə qədərdir?

Xidməti tətbiq etmək üçün aşağıdakı seçimlər mövcuddur:
* 3 dəfə irəli çək – elan ümumilikdə 3 dəfə yuxarı sıraya qaldırılır, 8 saatdan bir olmaq şərtilə.
Xidmətin qiyməti elanın kateqoriyasından aslı olaraq 0.50-1 AZN arası dəyişərək təşkil edir.
* 9 dəfə irəli çək – elan ümumilikdə 9 dəfə yuxarı sıraya qaldırılır, 8 saatdan bir olmaq şərtilə.
Xidmətin qiyməti elanın kateqoriyasından aslı olaraq 1-2 AZN arası dəyişərək təşkil edir.
* 15 dəfə irəli çək – elan ümumilikdə 15 dəfə yuxarı sıraya qaldırılır, 8 saatdan bir olmaq şərtilə.
Xidmətin qiyməti elanın kateqoriyasından aslı olaraq 1.50-3 AZN arası dəyişərək təşkil edir.
* 21 dəfə irəli çək – elan ümumilikdə 21 dəfə yuxarı sıraya qaldırılır, 8 saatdan bir olmaq şərtilə.
Xidmətin qiyməti elanın kateqoriyasından aslı olaraq 2.40-2.80 AZN arası dəyişərək təşkil edir.
* 30 dəfə irəli çək – elan ümumilikdə 30 dəfə yuxarı sıraya qaldırılır, 8 saatda bir dəfə olmaq şərtilə.
Xidmətin qiyməti elanın kateqoriyasından aslı olaraq 2.50-5 AZN arası dəyişərək təşkil edir.
Elanınız qeyd edilən müddətdən bir, avtomatik olaraq son elanlar blokunda və axtarış nəticələrində birinci sıraya qalxacaq. Xidmətin təkrar tətbiqolunma vaxtı ilk dəfə tətbiq olunduğu andan hesablanır.

Xidmət necə işləyir?

Hər gün Tap.az saytında minlərlə yeni elanlar dərc olunur. Bu elanlar axtarış nəticələrində müxtəlif cür sıralanır. Hər bir elanın pozisiyası çoxsaylı faktorlardan asılıdır. Məsələn, elanın dərc olunduğu tarix, onun axtarış sorğusuna uyğunluğu, eləcə də tətbiq edilən ödənişli xidmətlər vacib rol oynayır. Elanların sıralanması bütün bu parametrlərə əsasən çeşidlənir.
Əgər elanı 8 saatdan bir deyil, daha tez-tez irəli çəkmək lazımdırsa, öncəki dövrənin başa çatmasını gözləmədən xidməti yenidən əldə etmək mümkündür. Hər bir tətbiqolunmanın öz dövrəsi var və onlar paralel işləyə bilir.

Xidmət elanın aktivlik müddətinə təsir edirmi?

“İrəli çək” xidməti elanın aktivlik müddətini tətbiq olunduğu andan etibarən 30 günə uzadır.
Xidməti yalnız elanın aktivlik müddəti bitmədiyi halda tətbiq etmək mümkündür.
Nümunə:
1 mart: siz pulsuz elan yerləşdirdiniz – onun aktivlik müddəti 30 gündür (martın 1-dən 30-dək).
5 mart: elanın müddətinin bitməsinə 25 gün qalır (martın 5-dən 30-dək). Əgər siz “İrəli çək” xidmətini aktivləşdirsəniz, elanın aktivlik müddəti 30 gün müddətinə, yəni, aprelin 4-dək uzadılacaq.

Xidməti bir neçə dəfə tətbiq etdikdə nə baş verəcək?

Əgər siz “İrəli çək” xidmətini bir neçə dəfə alsanız, hər bir aldığınız xidmət ödənişdən dərhal sonra yerinə yetiriləcək. Xidməti 5 dəqiqəlik intervalla əldə etmək mümkündür.

“VIP” xidməti

“VIP” – ödənişli irəlilətmə xidmətidir. Bu xidmət tətbiq olunduğu andan elan təsadüfi qaydada axtarış nəticələrinin “VIP elanlar” blokunda göstərilir.
Elanlar axtarış nəticələri səhifələrinin VIP blokunda təsadüfi qaydada ən yuxarı sətirlərdə yerləşdirilir.
Mobil tətbiqdə VIP bloku axtarış nəticələrində hər 36 elandan bir təkrarlanır və blokda 4 elan göstərilir (sonsuz sürüşdürmə imkanı mövcuddur).
Axtarış nəticələrindəki VIP bloku saytın tam versiyasında eyni anda 7 elanadək, mobil versiyasında isə 4 elanadək göstərir.
VIP elanlar həmçinin elan səhifələrində də göstərilir və “Bənzər elanlar” blokunun birinci sətrində yer alırlar.
“VIP” xidmətini aldıqda bonus olaraq elana gündəlik (ödəniş anından etibarən 24 saatdan bir) “İrəli çək” xidməti tətbiq olunur.
Xidmət tətbiq olunan elanların kartında, aşağı sağ küncdə xüsusi nişan – daxilində “V” hərfi olan beşbucaqlı yerləşdirilir.

Xidmətin ödənişi nə qədərdir?

Xidməti tətbiq etmək üçün aşağıdakı seçimlər mövcuddur:
* VIP 5 gün. Xidmətin qiyməti elanın kateqoriyasından aslı olaraq 3-6 AZN arası dəyişərək təşkil edir.
* VIP 15 gün. Xidmətin qiyməti elanın kateqoriyasından aslı olaraq 7.50-15 AZN arası dəyişərək təşkil edir.
* VIP 30 gün. Xidmətin qiyməti elanın kateqoriyasından aslı olaraq 12.50-25 AZN arası dəyişərək təşkil edir. 25 AZN-dir.

Xidmət necə işləyir?

Hər səhifə yenilənməsi zamanı sistem elanları təsadüfi qaydada elə seçir ki, eyni ödənişli xidmət tətbiq olunduğu VIP elanlar potensial alıcılara bərabər sayda göstərilir. Hətta baxdığınız anda sizdə hər hansısa VİP elan görünmürsə, həmin anda bu elanı digər ziyarətçilərin gördüyünə əmin ola bilərsiniz.
Bununla yanaşı VIP elanın aid olduğu kateqoriyanın səhifəsində, “VIP elanlar” blokunda, elanın aid olduğu bölmənin səhifəsində və axtarış nəticələrində də yuxarı sıralarda göstərilir.

Xidmət elanın aktivlik müddətinə təsir edirmi?

“VIP” xidməti elanın aktivlik müddətini tətbiq olunduğu andan etibarən 30 gün uzadır. Xidməti hətta elanın aktivlik müddəti bitdikdə və ya yerləşdirmə limiti aşıldıqda belə tətbiq etmək mümkündür.
Nümunə:
1 mart: siz pulsuz elan yerləşdirdiniz – onun aktivlik müddəti 30 gündür (martın 1-dən 30-dək).
5 mart: elanın müddətinin bitməsinə 25 gün qalır (martın 5-dən 30-dək). Əgər siz “VIP” xidmətini aktivləşdirsəniz, elanın aktivlik müddəti 30 gün müddətinə, yəni, aprelin 4-dək uzadılacaq.

Xidməti bir neçə dəfə tətbiq etdikdə nə baş verəcək?

VIP xidməti daha uzun müddət aktiv qalacaq. Əgər siz 5 günlük “VIP” xidmətini iki dəfə tətbiq etsəniz, VIP xidmətinin aktivlik müddəti 10 gün təşkil edəcək.

Elan ona dəyişikliklər edildikdən sonra “VIP elanlar” blokunda qalacaqmı?

Bəli, əgər bu dəyişikliklər saytın qaydalarını pozmursa, qalacaq.

TÖVSİYƏ: saytda yerləşdirilən hər bir elan yoxlamadan keçməlidir və bunun üçün müəyyən qədər vaxt tələb olunur. Ödənişli xidmətlərdən istifadə etməyə tələsməyin, əvvəlcə elan yerləşdirmə qaydaları ilə tanış olun.

“Premium” xidməti

“Premium” – ödənişli irəlilətmə xidmətidir. Bu xidmət tətbiq olunduğu andan elan saytın əsas səhifəsində xüsusi ayrılmış “Premium elanlar” blokunda göstərilir və xidmətin aktivlik müddətinin sonunadək o blokda əks olunur. Premium elanların hamısını eyni zamanda bir səhifədə görmək olar.
“Premium” xidmətini aldıqda bonus olaraq elana eyni müddətlik “VIP” xidməti, həmçinin gündəlik (ödəniş anından etibarən 24 saatdan bir) “İrəli çək” xidməti tətbiq olunur.
Xidmət tətbiq olunan elanların kartında, aşağı sağ küncdə xüsusi nişan – tac yerləşdirilir. Beləliklə, “Premium” elanların kartlarında həm tac həm daxilində “V” hərfi olan beşbucaqlı yerləşdirilir.

Xidmətin ödənişi nə qədərdir?

Xidməti tətbiq etmək üçün aşağıdakı seçimlər mövcuddur:
* Premium 1 gün. Xidmətin qiyməti elanın kateqoriyasından aslı olaraq 3-3.50 AZN arası dəyişərək təşkil edir.
* Premium 5 gün. Xidmətin qiyməti elanın kateqoriyasından aslı olaraq 7.50-15 AZN arası dəyişərək təşkil edir.
* Premium 15 gün. Xidmətin qiyməti elanın kateqoriyasından aslı olaraq 15-30 AZN arası dəyişərək təşkil edir.
* Premium 30 gün. Xidmətin qiyməti elanın kateqoriyasından aslı olaraq 25-50 AZN arası dəyişərək təşkil edir.

Xidmət necə işləyir?

Əgər elan artıq saytdadırsa, xidmət uğurlu ödənişdən dərhal sonra tətbiq olunur.
Əgər uğurlu ödəniş hələ yoxlamada olan elan üçün həyata keçirilibsə, xidmət bu elan saytda dərc olunduqdan sonra tətbiq olunacaq. Elan Premium xidmətinin müddəti başa çatana qədər əsas səhifədəki “Premium elanlar” blokunda yer alır. Elanlar Premium blokunda “İrəli çək” xidmətinin son tətbiq olunma tarixinə görə (sonuncudan birinciyədək) yerləşir.
Premium blokunda yer alan elana “İrəli çək” xidməti tətbiq olunduqda o bu blokdakı digər elanlar arasında yuxarı sıralara qalxır.

Xidmət elanın aktivlik müddətinə təsir edirmi?

“Premium” xidməti elanın aktivlik müddətini tətbiq olunduğu andan etibarən 30 gün uzadır. Xidməti hətta elanın aktivlik müddəti bitdikdə və ya yerləşdirmə limiti aşıldıqda belə tətbiq etmək mümkündür.
Nümunə:
1 mart: siz pulsuz elan yerləşdirdiniz – onun aktivlik müddəti 30 gündür (martın 1-dən 30-dək).
5 mart: elanın müddətinin bitməsinə 25 gün qalır (martın 5-dən 30-dək). Əgər siz “VIP” xidmətini aktivləşdirsəniz, elanın aktivlik müddəti 30 gün müddətinə, yəni, aprelin 4-dək uzadılacaq.

Xidməti bir neçə dəfə tətbiq etdikdə nə baş verəcək?

“Premium” xidməti daha uzun müddət aktiv qalacaq. Əgər siz 5 günlük “Premium” xidmətini iki dəfə tətbiq etsəniz, “Premium” xidmətinin aktivlik müddəti 10 gün təşkil edəcək.

Elan ona dəyişikliklər edildikdən sonra “Premium elanlar” blokunda qalacaqmı?

Bəli, əgər bu dəyişikliklər saytın qaydalarını pozmursa, qalacaq.

TÖVSİYƏ: saytda yerləşdirilən hər bir elan yoxlamadan keçməlidir və bunun üçün müəyyən qədər vaxt tələb olunur. Ödənişli xidmətlərdən istifadə etməyə tələsməyin, əvvəlcə elan yerləşdirmə qaydalar ilə tanış olun.