Redaksiya nömrəsi: № 2.0
Dərc olunma tarixi: 14.02.2024
Qüvvəyə mindiyi tarix: 14.02.2024
İctimai oferta
Bu sənəd Saytın administrasiyası (bundan sonra Servis və ya Sayt adlandırılacaq) olan və onun idarə olunmasını həyata keçirən (bundan sonra «Şirkət» adlandırılacaq) Digital Classifieds MMC-nin Tap.az istifadəçilərinə, yəni https://tap.az/ servisində təqdim olunmuş xidmətlərə görə ən azı bir dəfə ödəniş etmiş fiziki, hüquqi və ya fərdi sahibkar (bundan sonra «İstifadəçi» adlandırılacaq) olan istənilən hüquq səlahiyyətli şəxslərə aşağıda göstərilən şərtlər əsasında (bundan sonra «İctimai oferta» adlandırılacaq) xidmət göstərilməsi haqqında çərçivə müqaviləsi (bundan sonra «Müqavilə» adlandırılacaq) bağlamaq təklifidir.
Bu sənəd şərtlərinin qəbulu (bu Müqavilənin 1.3.-cü bəndinə uyğun olaraq aksept) bu ofertada nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsi olan ictimai ofertadır.
Ofertada Tap.az-ın İstifadəçi Razılaşmasında müəyyən edildiyi terminlər əks oluna bilər.
1. Təriflər
1.1. Müqavilə Tərəfləri – Şirkət və İstifadəçi;
1.2. İctimai oferta – Servis xidmətlərinin göstərilməsi ilə bağlı qeyri-müəyyən sayda fiziki və hüquqi şəxslərə ünvanlanan təklifdir. İctimai oferta bu təklifdən ibarət olub, Servisin müəyyən xidmətlərinin yerinə yetirilməsi şərtlərinə tətbiq edilən Müqavilə Tərəfləri arasındakı münasibətləri tənzimləyir;
1.3. Aksept – Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409-cu maddəsinin 4-cü bəndinə (05.12.2023-cü il tarixli dəyişiklərlə birgə) uyğun olaraq, İctimai oferta şərtlərinin tam və birdəfəlik qəbulu olunması, Tərəflər arasında Müqavilə bağlanmasına bərabərdir. Bu ofertanın aksepti İstifadəçinin Servisin istənilən xidmətindən davamlı istifadə etməsi kimi qəbul edilir;
1.4. Müqavilə – akseptin ofertanı göndərən şəxs tərəfindən alındığı təqdirdə bağlanmış hesab edilir;
1.5. Sayt (Servis) – İnternet şəbəkəsində https://tap.az/ (domenin bütün səviyyələri də daxil olmaqla) ünvanında yerləşən və interfeysin proqram təminatı, məlumatlar və qrafik tərtibatı (dizaynı) toplusundan ibarət elektron səhifədir;
1.6. Xidmətlər – İstifadəçi üçün Saytda mövcud olan funksional imkanları;
1.7. Servisin qaydaları – tap.az İnterfeysində təqdim edilən aşağıdakı əlavələrdən ibarət təlimatlardır:
1.7.1. Yerləşdirilmə qaydaları
1.7.2. İstifadəçi Razılaşması
1.7.3. İctimai oferta müqaviləsi
1.7.4. Ödənişli xidmətlər
1.7.5. Məxfilik siyasəti
1.7.6. Kateqoriyalar üzrə limitlər
1.7.7. Paketlər
1.8. Elan – İstifadəçi tərəfindən Saytda yerləşdirilmiş və qeyri-müəyyən sayda şəxslərə ünvanlanmış Məhsul təklifini (əlaqə məlumatları, fotoşəkillər və istənilən əlaqədar məlumatlar da daxil olmaqla) əks etdirən məlumat mesajı.
2. Müqavilənin predmeti
2.1. Müqavilə Xidmətlərin göstərilməsi zamanı Şirkət və İstifadəçi arasında yaranan öhdəlik münasibətlərin ümumi şərtlərini müəyyənləşdirir. Bu şərtlər gələcəkdə Tərəflər arasında Müqaviləyə əsasən Servisdə və ya Şirkətin Xidmətlər göstərdiyi digər Servislərdə Xidmətlərin göstərilməsi haqqında ayrı-ayrı müqavilələrin (sazişlərin) bağlanması yolu ilə təkmilləşdirilə və dəqiqləşdirilə bilər.
2.2. Bağlanan Müqavilə açıq şərtli bir müqavilədir. Servisdə Xidmətlərin göstərilməsi ilə bağlı həyata keçirilən hər bir əməliyyatın vacib şərtləri hər bir İstifadəçi üçün İstifadəçinin Xidməti və onun parametrlərini seçdiyi, razılaşma şərtlərinin Tərəflər arasında razılaşdırıldığı Servis İnterfeysinin köməyi ilə fərdi surətdə onlayn şəklində formalaşır.
3. Müqavilənin bağlanması. Xidmət sifarişi
3.1. Oferta İstifadəçi tərəfindən İstifadəçinin müvafiq Saziş üzrə (bu halda Saziş Müqavilənin bağlanması ilə eyni vaxtda həyata keçirilir) Xidmətlərə görə ödəniş etdiyi andan və ya gələcəkdə sifariş ediləcək Xidmətlərin hesaba avans ödəniş edildiyi andan aksept (qəbul) edilmiş, Şirkətlə İstifadəçi arasında Müqavilə də bağlanmış hesab edilir.
3.2. Müqavilə Müqaviləyə və Qanunvericiliyə uyğun olaraq, ləğv ediləcəyi vaxta qədər qeyri-müəyyən müddət ərzində qüvvədə qalır.
3.3. Müqavilə Tərəflər arasında onun predmetinə dair razılaşdırılmış bütün şərtlərdən ibarətdir, Tərəflər arasında birbaşa fərqli şəkildə razılaşdırılmadığı təqdirdə, Tərəflər arasında onun predmetinə dair bütün əvvəlki sözləşmələri, zəmanətləri və istənilən növ razılaşmaları əvəz edir.
3.4. Bağlanmış Müqavilənin şərtləri İstifadəçi ilə Şirkət arasında bağlanacaq bütün gələcək sazişlərə tətbiq edilir.
3.5. Ofertanın qüvvədə olma müddəti məhdudiyyətsizdir.
3.6. Müqavilə çərçivəsində müəyyən Xidmətlərin hər bir Sifarişi Xidmət göstərilməsinə dair müstəqil bir əməliyyatdır. Müqavilənin icrası naminə həyata keçirilən əməliyyat Servisdə təqdim edilmiş və İstifadəçinin bu və ya digər Servisə müraciəti zamanı Sifarişi və ödənişi üçün açıq olan Xidmətlərə dair bağlana bilər.
3.7. Sifarişin ödənişi İstifadəçinin Tərəflər arasında razılaşdırılmış şərtlər əsasında saziş bağlanması haqqında təklifinin aksepti kimi qəbul edilir.
3.8. İstifadəçi, ofertanı aksept edərkən, Servisdə peşəkar texniki alətlərdən istifadə olunmaqla müəyyən əməliyyatların həyata keçirilməsi faktının, Servis İnterfeysi vasitəsilə əmrlərin icrasının (düymələrin basılmasının, klikləmələrin), ödəniş edilməsinin və digər oxşar əməliyyatların İstifadəçinin Sifarişə və/və ya Servisdə qeyd olunan Xidmət parametrlərinə və qiymətinə uyğun olaraq, Xidmətləri aktivləşdirməsinə dair istəyi olduğu ilə razılaşır.
3.9. Şirkət Qanunvericiliklə müəyyən edilmiş dərəcədə ofertanı dəyişmək və/və ya təkmilləşdirmək, habelə istənilən vaxt ofertanı geri çəkmək hüququna malikdir. Ofertanın dəyişdirilmə tarixi Servisdə ofertanın yeni redaksiyanın dərc edildiyi tarix hesab olunur. İstifadəçi Servisdə yerləşdirilmiş ofertanın qüvvədə olan redaksiyası ilə və Müqavilə bağlananadək və əməliyyat həyata keçirilənədək hər bir sazişin şərtləri ilə tanış olmalıdır.
3.10. Ofertadakı dəyişikliklər qüvvəyə mindikdən sonra Xidmətlərin sifarişi və İstifadəçi tərəfindən Müqavilə çərçivəsində əməliyyatın həyata keçirilməsi Müqavilə Tərəflərinin Müqaviləyə müvafiq dəyişikliklərin və/və ya əlavələrin daxil edilməsinə dair razılığa gəldikləri deməkdir. Müqavilədə bu kimi dəyişikliklər ofertada edilən dəyişikliklərin qüvvəyə minməsindən əvvəl sifariş edilmiş və ödənilmiş Xidmətlərə dair tətbiq edilmir.
3.11. Tərəflərin Müqavilə üzrə öhdəlikləri öz mahiyyətinə görə qüvvədə qalmağa davam etdirilməli və (təqdim edilmiş zəmanətlərə, məxfiliyə, qarşılıqlı hesablamalara dair öhdəliklər də daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) Müqavilənin müddəti bitdikdən sonra tam yerinə yetirilənədək qüvvədə qalır.
4. Xidmət göstərilməsinin ümumi şərtləri
4.1. İstifadəçinin Şirkətin Xidmətlərini əldə etməsi şərtləri Xidmətlərin ödənilməsi və İstifadəçinin bu Ofertada sadalanan sənədlərdə, habelə Servis Qaydalarında müəyyən edilmiş Servis qaydalarına riayət etməsidir.
4.2. Şirkətin İstifadəçinin Sifarişlərinə uyğun öhdəlikləri İstifadəçinin Servis qaydalarına riayət etmək və Xidmətlər üçün ödəniş etmək öhdəlikləri ilə qarşılıqlıdır. İstifadəçi bu öhdəlikləri yerinə yetirmədikdə, Şirkət Mülki qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlər əsasında müvafiq hissədə Xidmət göstərilməsini dayandıra və ya Xidmət göstərməkdən imtina edə bilər.
4.3. Servisdəki bəzi Xidmətlər yalnız ayrı-ayrı İstifadəçi kateqoriyaları, məsələn, Servisdən öz sahibkar fəaliyyəti üçün istifadə edən İstifadəçilər üçün açıq ola bilər.
4.4. Servisdə təqdim olunan Xidmətlər İstifadəçilərin Xidmətlərə və Servislərə müraciət etdikləri vaxt Şirkət tərəfindən təqdim olunduğu formada və həcmdə dəyişdirilə, tamamlana və yenilənə bilər.
4.5. Şirkət öz marketinq materiallarında fərdi sahibkarın Şəxsi kabineti ilə İstifadəçi xidmətlərinin adını, ticarət nişanını və ümumi təsvirini göstərmək hüququna malikdir.
4.6. Şirkət İstifadəçinin Şəxsi kabinetində olan əlaqə məlumatlarına uyğun olaraq, sms və push-mesajlar, elektron poçt və telefon zəngləri vasitəsi ilə İstifadəçiyə Müqavilənin icrası və ya Xidmətin göstərilməsi statusu, uzadılması üsulları, Xidmətlərin göstərilmə şərtlərindəki dəyişikliklər barədə məlumatlar da daxil olmaqla, Müqavilə çərçivəsində bağlanmış istənilən sazişin icrası ilə bağlı bildirişlər və digər məlumat mesajları göndərmək hüququna malikdir.
4.7. İstifadəçi Xidmətlərdən istifadə edərkən, Qanunvericiliyə, Müqavilənin maddələrinə, seçilmiş Xidmətin və ya Servisin müvafiq şərtlərinə və bütün digər Servis qaydalarına riayət etməyi öhdəsinə götürür.
4.8. İstifadəçi xüsusilə də Şirkətin ünvanına Servisdə Xidmət göstərilməsi ilə bağlı bəyanatlar, sorğular və digər müraciətlər yollayarkən, Şirkətin tələbi ilə İstifadəçinin Müqavilə Tərəfi qismində identifikasiyası üçün zəruri olan məlumatları təqdim etməlidir.
5. Xidmətlərin dəyəri və hesablaşma qaydası
5.1. Müqavilə çərçivəsində saziş bağlanarkən İstifadəçi tərəfindən seçilmiş Xidmətin dəyəri Xidmətin xüsusiyyətləri (Xidmətin növü, İstifadəçi Razılaşmasında göstərilən Xidmət paketinin tərkibi və digər parametrlər) əsasında müəyyən edilir. Müvafiq servisin və ya Xidmətin şərtlərində başqa hal nəzərdə tutulmayıbsa, seçilmiş Xidmətin dəyəri Sifariş rəsmiləşdirilərkən Servisin İnterfeysində Azərbaycan manatı ilə (AZN-lə) göstərilir.
5.2. İstifadəçi Xidmətlərə görə ödənişi Xidmət Sifariş verdiyini anda Servisin İnterfeysində təqdim olunmuş üsullardan biri ilə (bank kartı, portmanat, köşk və s.), o cümlədən əvvəlcədən köçürülmüş avans hesabından yalnız nağdsız formada həyata keçirə bilər.
5.3. Şirkət İstifadəçiyə Servisdəki Şəxsi kabinetindən həyata keçirdiyi bütün ödənişlər barədə məlumat verir.
5.4. Əvvəlcədən ödənilmiş avans ödənişindən istifadə etməklə, Xidmətlər əldə edilərkən, müvafiq Servisin şərtləri istifadəsinə yol verirsə, Bonus/endirimlər (mövcuddursa) də nəzərə alınaraq, Şəxsi kabinetdən müvafiq pul məbləği çıxılır. Belə bir ödənişin həyata keçirilməsi yalnız Şəxsi kabinetdə sifariş edilmiş Xidmətlərin ümumi dəyərinə bərabər və ya ondan artıq məbləğ olduğunda mümkündür.
5.5. Xidmətlərin sifarişi bütünlüklə yalnız bir ödəmə üsulu ilə ödənməlidir. Bir Sifarişin eyni vaxtda müxtəlif üsullarla ödənilməsi yolverilməzdir.
5.6. Xidmət (elan) göstərilməyə başlamazdan əvvəl ləğv edildiyi halda, Şirkət istifadə olunmamış məbləği İstifadəçinin Şəxsi kabinetində saxlayır.
5.7. Həvəsləndirici tədbirlər çərçivəsində və ya digər hallarda Şirkətin birtərəfli qərarı ilə İstifadəçiyə Bonuslar təqdim oluna bilər.
5.8. İstifadəçi Servisdən istifadə etməkdən vaxtından əvvəl imtina edərsə, həmin Servisin Xidmətlərinin istifadəsi üçün nəzərdə tutulmuş Bonusların məbləği olunaraq bərpa edilə bilməz. Bonusların etibarlılıq müddəti, Şirkət tərəfindən başqa hal nəzərdə tutulmayıbsa, İstifadəçiyə hesablandığı andan etibarən 6 ay təşkil edir. İstənilən halda, Xidmətlərdən istifadə etməkdən imtina edildiyi təqdirdə, İstifadəçinin Şəxsi kabinetinə, Bonuslar istisna olmaqla, yalnız pul vəsaitinin qalığı köçürülə bilər.
5.9. Şirkətin birtərəfli qərarı ilə təqdim edilən Bonuslar dəyişdirilə bilməz, Şirkətin digər Xidmətlərinin əldə edilməsi üçün istifadə oluna və ya pul ekvivalenti ilə əvəzlənə bilməz. Etibarlılıq müddətinin başa çatması və ya digər səbəblərlə ləğv edilmiş Bonuslar heç bir şəkildə, o cümlədən qismən istifadə edildikləri halda belə kompensasiya oluna bilməzlər.
5.10. İstifadəçiyə Servisdə Xidmət təqdim olunması faktı və onların həcmi Şirkətin uçot sisteminin statistik məlumatları əsasında müəyyən edilir.
5.11. İstənilən sənədlərin (o cümlədən hesab-fakturaların, mesajların, bildirişlərin) alınmasına görə məsuliyyət İstifadəçinin üzərinə düşür. Şirkət İstifadəçinin rabitə sistemlərindəki nasazlıq, provayderlərin, rabitə operatorlarının hərəkətləri/hərəkətsizliyi, İstifadəçinin Şəxsi kabinetinə giriş imkanını itirməsi və ya Şirkətin səlahiyyətlərindən kənar digər hallar nəticəsində sənədləri almadığına və ya sənədlərin gecikməsinə görə məsuliyyət daşımır.
5.12. Şirkət tərəfindən tərtib edilmiş ödəniş sənədlərində, hesab-fakturalarda və digər sənədlərdəki ad, poçt ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), əlaqə məlumatları və digər məlumatlar İstifadəçinin Şəxsi kabinetində göstərilən rekvizitlərə uyğun olaraq qeyd edilir.
5.13. İstifadəçi Servisdə İstifadəçinin Şəxsi kabinetində göstərilən məlumatların doğruluğuna görə müstəqil surətdə məsuliyyət daşıyır. Rekvizitlərin dəyişdirilərkən, İstifadəçi dərhal öz Şəxsi kabinetində müvafiq dəyişikliklər etməlidir. Əgər İstifadəçi Şəxsi kabinetindəki məlumatları müstəqil şəkildə dəyişdirə bilmirsə, Şirkətin tələbi ilə Şirkət tərəfindən müəyyən edilmiş formada sənədlərdəki dəyişiklikləri təsdiqləyən əlavə ilə bu dəyişikliklər barədə Şirkətə məlumat verməlidir.
5.14. Şirkət hüquqi şəxslərin (fərdi sahibkarların) vahid dövlət reyestrində olan məlumatlarla tutuşduraraq, İstifadəçinin Şəxsi kabinetində göstərilmiş məlumatların düzgünlüyünü yoxlamaq hüququna malikdir və uyğunsuzluqlar olduğu təqdirdə, İstifadəçinin identifikatoru kimi İstifadəçinin göstərdiyi VÖEN-dən istifadə etməklə, müvafiq məlumatları düzəltmək hüququna malikdir.
6. Məsuliyyət
6.1. Şirkət Xidmətlərin lazımi şəkildə təmin edilməsi üçün bütün ağlabatan səyləri göstərməyi öhdəsinə götürür, lakin İstifadəçinin aşağıdakı səbəblər üzündən Xidmətlərdən istifadə edə bilməmədiyi halda məsuliyyət daşımır və İstifadəçinin itkilərini kompensasiya etmir:
- Xidmətlərə çıxışın təmin edildiyi ictimai rabitə kanallarının texnoloji nasazlıqları, İstifadəçinin hər hansı səbəbdən dolayı İnternetə çıxışı itirməsi, işdə və ya məlumatların ötürülməsində yol verilən səhvlər, boşluqlar, fasilələr, rabitə xətlərində qüsurlar və digər texniki nasazlıqlar;
- Haker, DDoS-hücumlar, Servisdə texniki nasazlıqlar, virus proqramlarının təsiri və Servisin fəaliyyətində digər pozğunluqlar da daxil olmaqla, üçüncü şəxslərin Servisin işinə icazəsiz müdaxiləsi.
- İstifadəçinin Şəxsi kabinetinə girə bilməməsi, o cümlədən onun icazəsiz istifadəsi əlamətləri;
- Qarşısıalınmaz qüvvənin təsiri (Fors-major hallar) baş verdikdə.
6.2. Şirkətin təqsiri üzündən İstifadəçiyə zərər dəydikdə, məsuliyyət Qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir. Eyni zamanda, Şirkətin Servisdən sahibkarlıq və digər peşəkar fəaliyyət üçün istifadə edən İstifadəçilər qarşısında məsuliyyəti İstifadəçi tərəfindən sifariş edilmiş və ödənilmiş, lakin Şirkətin təqsiri üzündən təmin olunmadığı Xidmətin dəyərindən artıq olmayan məbləğdə müəyyən edilir və ya, mümkün olduğu halda, zərərin vurulduğu anda İstifadəçinin Şəxsi kabinetində olan vəsaitdən artıq olmayan məbləğdə və yalnız İstifadəçinin Şirkətin təqsiri üzündən Şəxsi kabinetində olan vəsaitin bir qismini və ya hamısını itirdiyi halda müəyyən edilir.
6.3. Şirkət İstifadəçiyə Şirkətin təqsiri olmadan dəymiş zərərə, həmçinin İstifadəçinin Servisin qaydalarını pozması ilə əlaqədar dəymiş zərərə görə İstifadəçi qarşısında məsuliyyət daşımır.
6.4. Şirkət Xidmətlərin ödənilməsi üçün İstifadəçi tərəfindən pul vəsaitinin köçürülməsinə və ya daxil olmasına görə məsuliyyət daşımır. Təhlükəsizlik, məxfilik, habelə seçdiyiniz ödəmə üsullarından istifadənin digər şərtləri İstifadəçi ilə ödənişlərin qəbulu üzrə müvafiq təşkilatlar arasında bağlanan müqavilələrlə müəyyən edilir.
6.5. Şirkət ondan asılı olmayan hallar üzündən İstifadəçinin Şəxsi kabinetindən pul vəsaitinin yoxa çıxmasına görə məsuliyyət daşımır.
6.6. İstifadəçi Servisə daxil olmaq üçün məlumatlarınızdan istifadə etməklə, Servisdə həyata keçirilən hər hansı hərəkətlərə (işçilərin və üçüncü şəxslərin hərəkətləri də daxil olmaqla) və Şəxsi kabinetinizdən və sadə elektron imzanızdan icazəsiz istifadə nəticəsində yarana biləcək itkilərə görə cavabdehdir.
6.7. Giriş məlumatlarının oğurlanması və ya itirilməsi halında Şəxsi kabinetinizə daxil olmaq üçün şifrənin dəyişdirilməsi istiqamətində özünüz lazımi tədbirlər görürsünüz. Şirkət üçüncü şəxslərin sizin Şəxsi kabinetinizə giriş məlumatlarınızın oğurlanmasına, itirilməsinə səbəb olan hərəkətlərinə, habelə üçüncü şəxslərin İstifadəçinin Şəxsi kabinetinə icazəsiz daxil olması ilə əlaqədar İstifadəçinin hər hansı məsrəflər çəkdiyinə, zərər gördüyünə və ya itirilmiş mənfəətinə görə məsuliyyət daşımır.
6.8. Şirkət Servisin İstifadəçinin gözləntilərinə cavab verəcəyinə və İstifadəçinin Xidmət əldə edilməsi ilə əlaqədar Servisdə yerləşdirdiyi elanlara ziyarətçilərin cavab verəcəyinə zəmanət vermir.
7. İddialara baxılması
7.1. Mübahisələr yarandığı halda, Müqavilə Tərəfləri onları danışıqlar yolu ilə həll etməyi öhdələrinə götürürlər. Mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, Müqavilə Tərəflərinin hər biri məhkəməyə müraciət etməzdən öncə zəruri şərt olan həmin Tərəfin istinad etdiyi halları və tələbləri təsdiq edən sənədləri təqdim etməklə, iddia qaldıra bilər. Bu kimi iddialara baxılma müddəti Müqavilənin digər Tərəfinin iddianı aldığı andan etibarən 30 (otuz) gündən artıq ola bilməz. Müqavilə Tərəfinin göstərilən müddətdə iddiaya cavab almadığı və ya qarşı Tərəf iddia qaldıran Tərəfin əsaslandırılmış iddialarını təmin etməkdən imtina etdiyi təqdirdə, Müqavilə Tərəfi məhkəməyə müraciət etmək hüququna malikdir.
8. Qarşısıalınmaz qüvvə (Fors-major hallar)
8.1. Tərəflər Müqavilə bağlandıqdan sonra yaranan və Tərəflərin öncədən proqnozlaşdıra və ya nəzarət edə bilmədiyi fors-major hallar səbəbindən öhdəliklərini tam və ya qismən yerinə yetirmədiklərinə görə məsuliyyətdən azad olunurlar.
8.2. Fors-major hallara zəlzələlər, daşqınlar, yanğınlar, tətillər, dövlət orqanlarının sərəncamları, hərbi əməliyyatlar, ölkədə internetin kəsilməsi, terror aktları və Müqavilənin şərtlərinin yerinə yetirilməsinə əngəl olan digər hallar da daxil olmaqla, Tərəflərin gedişatına və baş verməsinə təsir edə və məsuliyyət daşıya bilmədikləri hadisələr aiddir.
8.3. Fors-major halları əsas gətirən Tərəf bu halların baş verməsi barədə dərhal qarşı Tərəfi yazılı şəkildə xəbərdar etməlidir.
8.4. Müqavilə üzrə öhdəliklərin fors-major hallarına görə 6 aydan artıq müddətdə yerinə yetirilmədiyi halda, hər bir Tərəf qarşı Tərəfi əvvəlcədən xəbərdar etməklə, Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir.
9. Müqavilənin ləğvi və pul vəsaitinin geri qaytarılması
9.1. Şirkət öz qərarı ilə birtərəfli qaydada və istənilən vaxt, o cümlədən İstifadəçinin Qanunvericiliyi, Müqavilə şərtlərini və ya Servis qaydalarını pozduğu halda, bu barədə Servisin İnterfeysi, elektron poçt ünvanı vasitəsilə və ya digər yolla bildiriş göndərməklə, Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir.
9.2. Müqavilə İstifadəçinin təşəbbüsü ilə vaxtından əvvəl ləğv edilə bilər. İstifadəçi Servisdəki Şəxsi kabinetini ləğv etdiyi halda, Müqavilə İstifadəçinin təşəbbüsü ilə ləğv edilmiş sayılır. Müqavilə ləğv edildikdə, İstifadəçi, təqdim olunan Bonuslar istisna olmaqla, istifadə olunmamış vəsait qalığının Şəxsi kabinetində olan vəsait məbləğində geri qaytarılması üçün Şirkətə müraciət etmək hüququna malikdir. İstifadə olunmamış pul vəsaitinin qalığının qaytarılması İstifadəçinin yazılı müraciəti, o cümlədən İstifadəçinin müəyyənləşdirilməsinə imkan verən məlumat – Sayta girmək üçün qeyd olunan telefon nömrəsi, kartla və ya terminallardan ödənişlər haqqında qəbzlər – əsasında Şirkət tərəfindən nəzərdə tutulmuş qaydada həyata keçirilir.
9.3. İstifadəçi Servis Xidmətlərinin göstərilməsindən imtina edərsə, ödənilmiş pul vəsaitinin geri qaytarılması da həmçinin İstifadəçinin yazılı müraciəti, habelə zəruri sənədlərin və məlumatların İstifadəçinin müəyyənləşdirilməsinə imkan verən sənədlər, ödəniş qəbzi təqdim edilməsi əsasında Şirkət tərəfindən nəzərdə tutulmuş qaydada həyata keçirilir.
9.4. Pul vəsaiti aşağıdakı hallarda İstifadəçiyə qaytarılmır:
9.4.1. İstifadəçinin bu Müqavilənin şərtlərini sistematik şəkildə pozduğu halda;
9.4.2. Elan dərc olunduqdan sonra həmin elanın silindiyindən asılı olmayaraq Xidmətin/paketin təqdim edildiyi halda;
9.4.3. İstifadəçi elan yerləşdirərkən, İstifadəçi Razılaşmanin şərtlərini pozduğu halda;
9.4.4. Qanunvericiliyə uyğun olaraq, Şirkətin qərarı ilə digər hallarda.
9.5. Şirkət Bonuslardan istifadə edilərək ödənilmiş Sifariş üzrə Servis Xidmətlərinin göstərilməsindən imtina edərsə, Bonuslar geri qaytarılmır.
9.6. Servis İstifadəçilərin Servis Xidmətlərinə görə ödəniş etdikləri ödəmə sistemlərində yarana biləcək hər hansı nasazlıqlara görə məsuliyyət daşımır. Bu halda pul vəsaitinin geri qaytarılması məsələsi fərdi qaydada həll edilir.
10. Şirkət haqqında məlumat
Digital Classifieds MMC
VÖEN: 1405631661
Elektron poçt: [email protected]
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 75
Tel.: +994125990809